Bilirəm Gələn Deyilsən

Bilirəm gələn deyilsən
Gözləyirəm yenə səni
Özgənin olsanda Tanrı
Cox görməsin mənə səni
Küsmərəm gəldin gəlmədin
Sən getdin mən ki, ölmədim
Heyif,gətirə bilmədim
Sevgi adlı dinə səni
Yollarına sərilim kaş
Divarına hörülüm kaş
Yüz yol ölüm,dirilim kaş
Sevim dönə-dönə səni

Related image

Ramiz Rövşen

آردینی اوخو(بقیه مطلب)
پنجشنبه 15 آبان 1393
بؤلوملر : رامیز روشن,